• Bakı 22° C

    5.14 m/s

BNA-dan hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ

GÜNDƏM

04 May 2021 | 16:33

BNA-dan hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ

Mayın 5-i tarixində müşahidə ediləcək güclü küləkli hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarını diqqətli və ehtiyatlı olmağa çağırırıq.

Bu barədə Bakıvatı.az Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir.

Məlumata görə, sərnişinlərdən xahiş edirik ki, dayanacaq pavilyonlarında avtobus gözləyərkən diqqətli olsunlar. Həmçinin, Nəqliyyat Mübadilə Mərkəzlərinin ərazisində və digər yerlərdə yolun hərəkət hissələrinə çıxmamalı, yalnız müəyyən edilmiş dayanacaq məntəqələrində avtobuslara minib-düşməli, yolun qarşı tərəfinə keçərkən müəyyən olunan piyada keçidlərindən istifadə etmələri tövsiyə edilir.

Sürücülərə isə tövsiyə edirik ki, hərəkətdə olarkən yollarda müəyyən edilən sürət həddinə və yol nişanlarının tələblərinə riayət edəsiz.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Sentyabr 2026