• Bakı 27° C

    8.59 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Bosniya Xorvatiyaya nota göndərdi

DÜNYA

15 Sentyabr 2022 | 21:04 | Müəllif: Subhan Mahmudov

Bosniya Xorvatiyaya nota göndərdi

Bosniya və Herseqovina Xorvatiya Prezidenti Zoran Milanoviçin Srebrenitsa soyqırımını rədd edən açıqlamalarına görə bu ölkəyə etiraz notası göndərib.

Bakıvaxtı.az xəbər verir ki, notada Bosniya və Herseqovinanın Xarici İşlər Nazirliyi Xorvatiya Prezidenti Zoran Milanoviçin sentyabrın 12-də Brdo Briyoni Sammiti zamanı işçi naharda Srebrenitsa soyqırımını inkar edən bəyanatlarını sərt şəkildə pisləyib.

İşçi naharda iştirak edən Bosniya və Herseqovinanın Rəyasət Heyətinin sədri Şefik Caferoviç Xorvatiya Prezidenti Zoran Milanoviçin Srebrenitsa soyqırımı ilə bağlı Beynəlxalq Haaqa Tribunalının qərarını şübhə altına alan fikirlər səsləndirdiyini deyib.

Xatırladaq ki, 2007-ci ildə keçmiş Yuqoslaviya üzrə Beynəlxalq Haaqa Tribunalı Srebrenitsa və ətrafında baş verənləri soyqırım kimi qiymətləndirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Sentyabr 2026
05 Sentyabr 2026