• Bakı 27° C

    1.55 m/s

  • USD - 1.7

    EUR - 1.9425

    RUB - 2.0166

BQXK Ermənistanda əsirlikdə olan hərbçilərimizə nə vaxt baş çəkib?

CƏMİYYƏT

17 Oktyabr 2023 | 14:16

BQXK Ermənistanda əsirlikdə olan hərbçilərimizə nə vaxt baş çəkib?

Beynəlxalq Qızıl Xaş Komitəsi Ermənistanda saxlanılan azərbaycanlı əsgərlərə mütəmadi olaraq baş çəkir.

Bakıvaxtı.az xəbər verir ki, bunu BQXK-nın Bakı nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova deyib.

Onun sözlərinə görə, saxlanma şəraitləri, onlarla rəftar qiymətləndirilir: “Saxlanılan şəxslərin ailələri ilə əlaqə yaratmağa köməklik edirik. Sonuncu dəfə bu şəxslərə sentyabr ayında baş çəkilib”.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhəd ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin iki əsgəri - 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu Ermənistan tərəfindən saxlanılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Sentyabr 2026