• Bakı 12° C

    5.43 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Braziliyalı futbolçu evində güllələndi

DÜNYA

01 Noyabr 2023 | 17:44

Braziliyalı futbolçu evində güllələndi

Braziliyalı futbolçu Felipe Dioqo güllələnərək öldürülüb.

Bakıvaxtı.az xəbər verir ki, hadisə 21 yaşlı hücumçunun bağ evində baş verib.

C seriyasında çıxış edən “San Bernardo” klubunun forvardı mövsüm başa çatdıqdan sonra istirahət etmək üçün doğulduğu Ribeyrao-Pretoya gedib. Orada bir qrup şəxs tərəfindən hücuma məruz qalan oyunçu güllə yaraları alıb.

Gənc futbolçu xəstəxanaya aparılsa da, həkimlərin müdaxiləsi nəticə verməyib.

Qeyd edək ki, Felipe Dioqo “Kruzeyro”, “Botafoqo” və “Avai” klublarının aşağı yaş qruplarında oynayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026