• Bakı 20° C

    1.62 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

İrakli Qaribaşvili Şarl Mişellə görüşüb

DÜNYA

01 Dekabr 2023 | 16:15

İrakli Qaribaşvili Şarl Mişellə görüşüb

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə görüşüb.

Bakıvaxtı.az xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində baş tutan görüşdə Gürcüstanın Avropaya inteqrasiya prosesi və bu istiqamətdə həyata keçirməli olduğu islahatlara dair müzakirələr aparılıb.

Gürcüstan hökumətinin məlumatına görə, Qaribaşvili Gürcüstanın Aİ tövsiyələrinin yerinə yetirilməsi məqsədilə başladılmış prosesin uğurla davam etdirildiyini, hökumətinin konkret baxışı, fəaliyyət planı olduğunu qeyd edib. O, Gürcüstanın bu istiqamətdə əldə etdiyi uğurun Avropa Komissiyasının qərarı ilə təsdiqləndiyini deyib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Sentyabr 2026