Böyük Britaniyanın Bakıdakı səfirliyində Ukrayna bayrağı qaldırılıb.
Bakıvaxtı.az xəbər verir ki, bu, Britaniyanın Ukraynaya dəstəyi məqsədilə edilib.
Ukrayna bayrağını Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp qaldırıb.
Mərasim zamanı Ukrayna himni səsləndirilib.
“Böyük Britaniyanın Azərbaycandakı səfirliyi ukraynalı dostlarımızla həmrəylik nümayiş etdirərək Ukrayna bayrağını dalğalandırır”, - deyə səfirliyin yaydığı məlumatda vurğulanıb.
Aytac Aslan
















