• Bakı 25° C

    6 m/s

  • USD - 1.7

    EUR - 1.8828

    RUB - 0.0188

Britaniya Yaxın Şərqə ordu göndərdi

DÜNYA

07 Avqust 2024 | 17:30

Britaniya Yaxın Şərqə ordu göndərdi

Livandakı ölkə vətəndaşlarının tam şəkildə təxliyəsi üçün mindən çox Britaniya əsgəri Yaxın Şərqdə hazır vəziyyətdədir.

Bakıvaxtı.az xəbər verir ki, sərhəd qüvvələrinin rəsmiləri, konsulluq ekspertləri və britaniyalı əsgərlər genişmiqyaslı təxliyə də daxil olmaqla bir sıra mümkün münaqişə ssenariləri üçün bölgəyə göndərilib. Livanda yaşayan britaniyalıların qeydə alınması üçün yaradılan portalda isə 3 mindən çox britaniyalı qeydiyyatdan keçib. Xarici İşlər Nazirliyi ölkədə daha çox britaniyalının olduğunu bildirib.

Qeyd edək ki, bir neçə gün əvvəl Britaniyanın Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarını müharibə təhlükəsi fonunda istənilən reys üzrə Livanı tərk etməyə çağırıb.


SON XƏBƏRLƏR

09 Sentyabr 2024