• Bakı 6° C

    3.66 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Britaniyada 50 mindən çox işçi tətilə başladı

DÜNYA

01 Oktyabr 2022 | 20:16 | Müəllif: Subhan Mahmudov

Britaniyada 50 mindən çox işçi tətilə başladı

Böyük Britaniyada 50 mindən çox işçinin iştirak etdiyi dəmiryolu tətili başlayıb.

Bakıvaxtı.az xəbər verir verir  ki, tətil nəqliyyatı iflic edib. Bugünkü tətil bu ilin ən böyük tətili kimi qeydə alınıb. 4 həmkarlar ittifaqının üzvləri maaş və iş şəraiti ilə bağlı uzun müddət davam edən mübahisə fonunda tətil keçirməyə qərar verib. Bu tətilə görə qatar xidmətlərinin yalnız 11 faizi işləyir və Böyük Britaniyanın əhəmiyyətli bir hissəsinə xidmət göstərilmir.

Digər tərəfdən işçilər oktyabrın 5 və 8-də yeni dəmir yolu tətilləri keçirməyi planlayır.(axar)

Qeyd edək ki, bu ilin iyun ayında Britaniyanın dəmiryolu işçiləri son 30 ilin ən böyük tətilini etmişdilər. Tətilə 40 min nəfərdən çox işçi qatılmışdı.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Noyabr 2026