• Bakı 13° C

    9.97 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Norveç də müharibəyə girir? - 1 Noyabrdan...

DÜNYA

31 Oktyabr 2022 | 17:02

Norveç də müharibəyə girir? - 1 Noyabrdan...

Norveç Silahlı Qüvvələri Ukraynadakı münaqişə ilə əlaqədar olaraq, noyabrın 1-dən etibarən döyüşə hazırlıq səviyyəsini artıracaq.

Bakıvaxtı.az  xəbər verir ki, bu barədə ölkənin Baş naziri Yonas Qar Store bəyan edib.

O həmçinin qeyd edib ki, Ukraynadakı vəziyyət bütün NATO-ya üzv olan ölkələri daha diqqətli olmağa məcbur edir.

“Ölkənin Silahlı Qüvvələrinin qarşısında dayanan ən vacib tapşırıq sülhün qorunması, təhlükəsizliyin təmin edilməsi və yarana biləcək münaqişələrin qarşısını almaqdır. Bu tapşırıqların öhdəsindən gələ bilmək üçün, biz içində olduğumuz vəziyyətə uyğun olaraq fəaliyyətimizi qurmalıyıq”, - o qeyd edib.

Baş nazir həmçinin ölkəsində ordunun hazırlıq səviyyəsinin yüksəldilməsinin zəruri olduğunu vurğulayıb. /APA


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Noyabr 2026