• Bakı 16° C

    3.42 m/s

  • USD - 1.7

    EUR - 1.8205

    RUB - 0.0184

İlan dilini dişlədi və…

DÜNYA

30 Noyabr 2022 | 16:54

İlan dilini dişlədi və…

Hindistanın Tamil Nadu əyalətinin Erode rayonunda yaşayan fermer Raca həmişə ilan sancmağı xəyal edib. Xəyallarına boğulan Raca çarəni falçıya müraciət edərək tapıb.

Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir ki, falçı Racaya ilan məbədinə getməyi və pis yuxuları sağaltmaq üçün bəzi rituallar etməyi məsləhət görüb. Deyildiyi kimi, Raca məbədə gedib mərasimi yerinə yetirib. O, üç dəfə Russelin gürzəsinin qarşısında dilini çıxarıb və zəhərli ilan dərhal fermerin dilini dişləyib.

Məbəd rahibi Racanın vəziyyətini görəndə dərhal dilini kəsib və onu Erodedəki Manian Tibb Mərkəzinə aparıb.

Manian Tibb Mərkəzinin baş direktoru Senthil Kumaran bildirib ki, həkimlər Racanın dilini kəsdiyi üçün müalicə ediblər və həmçinin ilan zəhərinə qarşı antidot veriblər.

Aytac Aslan


SON XƏBƏRLƏR

25 Aprel 2024