• Bakı 25° C

    1.93 m/s

  • USD - 1.7

    EUR - 1.9507

    RUB - 2.017

Niderland səfiri Rusiya XİN-ə çağırıldı

DÜNYA

31 Oktyabr 2022 | 16:45

Niderland səfiri Rusiya XİN-ə çağırıldı

Niderlandın Moskvadakı səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.

Bakıvaxtı.az xəbər verir ki, səfirə bu il oktyabrın 20-də Britaniya kəşfiyyatının nümayəndəsi tərəfindən Rusiyanın Haaqadakı səfirliyinin hərbi attaşesinin məxfi əməkdaşlığa cəlb olunmasına cəhdlə bağlı səfirə kəskin etiraz bildirilib.

Söhbət zamanı vurğulanıb ki, bu cür təxribat xarakterli hərəkətlər yolverilməzdir, 1961-ci il Diplomatik münasibətlər haqqında Vyana Konvensiyasına ziddir və Rusiyanın xarici nümayəndəliklərinin normal fəaliyyətinə mane olur.

Rusiya tərəfi Niderland hakimiyyətini ikitərəfli münasibətlərin daha da pisləşməsinə gətirib çıxaran bu cür qeyri-dost hərəkətlərdən çəkinməyə çağırıb. /APA


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Sentyabr 2026