Böyük Britaniya Hollandiyanın Baş naziri Mark Ruttenin NATO-nun növbəti baş katibi olmaq üçün namizədliyini dəstəkləyir.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Sky News” məlumat yayıb.
Britaniya Xarici İşlər Nazirliyindən Ruttenin NATO-nun Rusiya təcavüzünün qarşısını almaq üçün müdafiəsini gücləndirməyə çalışdığı bir vaxtda alyansa rəhbərlik etmək üçün ideal namizəd olduğunu bildirilib.
"Böyük Britaniya Hollandiyanın Baş naziri Mark Rutteni Yens Stoltenberqi əvəzləmək üçün NATO-nun baş katibi vəzifəsində dəstəkləyir. Rutte Alyansın güclü qalmasını təmin edəcək".
Qeyd edək ki, Alyansın hazırkı baş katibi, 2014-cü ildən bu vəzifəyə rəhbərlik edən Yens Stoltenberqdir.
Günəş Mərd
















