• Bakı 21° C

    1.02 m/s

  • USD - 1.7

    EUR - 1.9776

    RUB - 1.9766

Bu ərazilərdə qaz KƏSİLƏCƏK

CƏMİYYƏT

24 Iyul 2024 | 09:23

Bu ərazilərdə qaz KƏSİLƏCƏK

Bu gün Bakının Suraxanı və Binəqədi rayonları, eyni zamanda Sumqayıt şəhərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Bu barədə Bakıvaxtı.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, iyulun 24-ü saat 10:00-dan etibarən təmir işləri ilə əlaqədar olaraq qaz təchizatı “Bahar” QTM-dən dayandırılacaq. İşlər başa çatanadək Suraxanı rayonu, Bahar və Dədə Qorqud yaşayış massivlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Eyni zamanda təmir-bərpa işləri Binəqədi rayonu 7-ci mikrorayon Abay Kunanbayev küçəsində və Sumqayıt şəhərinin 10-cu mikrorayon ərazisində də görüləcək.

Bu baxımdan Binəqədi rayonunun Abay Kunanbayev, İlham Hacıyev, S.S.Axundov küçələrinin və Sumqayıt şəhərinin 10-cu mikrorayon ərazisinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR