• Bakı 29° C

    4.8 m/s

  • USD - 1.7

    EUR - 1.9904

    RUB - 2.0972

Bu ərazilərdə qaz təchizatı dayandırılacaq

CƏMİYYƏT

02 Sentyabr 2025 | 09:10

Bu ərazilərdə qaz təchizatı dayandırılacaq

Bu gün Salyan rayonunun bəzi ərazilərinin qaz təchizatında fasilə yaranacaq.

“Azəriqaz”dan Bakıvaxtı.az-a verilən məlumata görə, bu gün diametri 315 mm-lik PE “Təzəkənd-Qarabağlı-Qırxçıraq” yeraltı orta təzyiqli daşıyıcı qaz kəmərində kipliyin sınağı məqsədi ilə əlaqədar Salyan rayonunun 19 kəndində qaz olmayacaq.

    “02.09.2025-ci il saat 10:00-dan etibarən sınaq işləri başa çatanadək Salyan rayonunun 19 kəndində - Pamıqkənd, Bəşirbəyli, Çadırlı, Qarabağlı, Kərimbəyli, Cavadlı, Gomuşlu, Kolanı, Xalac, Abad, Seydan, Parçaxalac, Piratman, Yolüstü, Yeni Uluxanlı, Varlı 1, Varlı 2, Peyk, Düzənlik kəndlərində və Qaraçala, Qırxçıraq qəsəbələrində (ümumi 8405 abonent) qaz təchizatının dayandırılması planlaşdırılır”, - məlumatda qeyd olunur.


    SON XƏBƏRLƏR

    01 Sentyabr 2025