Yanvarın 13-15-də Günəş fəallığı çox aşağı səviyyədədir və C sinif alışmaların baş verəcəyi gözlənilir.
Bu barədə Bakıvaxtı.az-a Şamaxı Astrofizika Rəsədxanasından bildirilib.
Məlumata görə, 13-14 yanvar tarixlərində Günəş küləyi parametrlərinin fon səviyyəsində olub.
Yanvarın 15-də günün ilk saatlarında sakit şəraitin olacağı, günün sonuna doğru tac dəliyindən çıxan axınlarla əlaqədar olaraq, G1 sinifli (zəif) maqnit qasırğasının baş verəcəyi proqnozlaşdırılır.
Proqnoz dövründə Kp indeksin 2-5 intervalında olacağı gözlənilir.
Nuranə Daxilqızı
















