Son 24 saat ərzində Günəş fəallığı aşağı səviyyədə olub.
Bu barədə Bakıvaxtı.az-a Şamaxı Astrofizika Rəsədxanasından bildirilib.
Məlumata görə, proqnoz dövründə (17-19 yanvar 2022) də M sinif alışmaların baş verməsi və bununla əlaqədar olaraq R1-R2 (zəif-orta) radio kəsilmələrin olması ehtimalı ilə birliktə Günəş fəallığının aşağı səviyyədə olacağı gözlənilir.
Yanvarın 17-də geomaqnit sahənin qeyri-stabil və aktiv səviyyə arasında (Kp = 3-4), yanvarın 18-də isə CH HSS təsirinin zəifləməsi ilə sakit və qeyri-stabil səviyyə arasında (Kp=2-3) dəyişəcəyi gözlənilir. Qeyd olunub ki, yanvarın 14-də Günəşdə baş vermiş tac kütlə atılması (CME) geomaqnit fəallığın artmasına səbəb ola bilər.
Bununla əlaqədar olaraq yanvarın 17-də G1 (zəif) maqnit qasırğasının baş verməsi ehtimal olunur. Proqnoz dövrünün üçüncü günündə (19 yanvar) geomaqnit sahədə sakit şərait gözlənilir (Kp=1-2).
Aytac Aslan
















