• Bakı 27° C

    5.54 m/s

  • USD - 1.7

    EUR - 1.9512

    RUB - 2.0323

MİQ müsabiqəsi nə vaxt olacaq?

CƏMİYYƏT

16 Fevral 2022 | 12:04 | Müəllif: Qalib İbrahimoğlu

MİQ müsabiqəsi nə vaxt olacaq?

"Bu il də MİQ müsabiqəsi ənənəvi olaraq iyul ayında keçiriləcək və avqust ayına qədər davam edəcək".

Bakıvaxtı.az xəbər verir ki, bunu "Müəllimlərin işə qəbulu və yerdəyişməsi qaydalarında yeniliklər" mövzusunda keçirilən onlayn brifinqdə Eşqi Bağırov bildirib.

Onun sözlərinə görə, yaxın vaxtlarda məzmunla bağlı Təhsil İnstitutu tərəfindən çərçivə sənədi elan ediləcək.

E.Bağırov deyib ki, ötən il müəllimlərin işə qəbulu müsabiqəsi üçün 8 minə yaxın vakansiya elan edilsə də, sonra tədris ili ərzində əlavə 5 minə yaxın yer elan edilib. Dediyinə görə, ümumilikdə 13 minə yaxın vakansiya elan olunmuşdu:

“Bu il də təxminən eyni sayda vakant yerlər elan ediləcək. Düşünürük ki, bu artım dinamikası davam edəcək”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Sentyabr 2026