• Bakı 10° C

    1.4 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

AMEA-nın professoru vəfat etdi

CƏMİYYƏT

18 Mart 2022 | 11:48

AMEA-nın professoru vəfat etdi

AMEA-nın professoru vəfat edib.

Bu barədə Bakıvaxtı.az-a akademiyadan məlumat verilib.

Bildirilib ki, akademiyanın Geologiya və Geofizika İnstitutunun Petrologiya və mineralogiya şöbəsinin müdiri g.-m.e.d., professor Musa Məmmədov 82 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, M.Məmmədov 1940-cı il sentyabr ayının 20-də Gədəbəy rayonunun Hacılar kəndində anadan olub.

M.Məmmədov 150-dən çox elmi əsərin, o cümlədən 10 kitabın, 2 kəşfin müəllifi və həmmüəllifi idi. Onun elmi əsərləri nüfuzlu jurnallarda çap olunmuş, xaricdə və ölkəmizdə keçirilən beynəlxalq konqres, simpozium, konfrans materiallarında əksini tapıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Noyabr 2026