• Bakı 11° C

    0.24 m/s

  • USD - 1.7

    EUR - 1.8707

    RUB - 2.0606

Bu tarixdən Gəncəyə qatarla da getmək olacaq

CƏMİYYƏT

18 Mart 2022 | 11:32

Bu tarixdən Gəncəyə qatarla da getmək olacaq

Martın 19-dan Bakı-Gəncə sürət qatarının hərəkəti bərpa olunacaq. 

Bu barədə Bakıvaxtı.az-a “Azərbaycan Dəmir Yolları” QSC-dən məlumat verilib.

Qeyd olunub ki, sərnişinlərin rahatlığını təmin etmək məqsədilə qatar gündəlik əsasda fəaliyyət göstərəcək. Bakıdan 08:00-da yola düşən və Gəncəyə 11:40-da çatan qatar həmin gün 18:00-da Gəncədən çıxacaq və 21:35-də Bakıda olacaq.

Gəncə istiqamətində yolda olma müddəti 3 saat 40 dəqiqə, Bakıya dönüşdə isə 3 saat 35 dəqiqə təşkil edəcək.

Bakı-Gəncə qatarına biletlərin satışına bu gündən start verilib. Bilet alışı zamanı yaşı 18-dən yuxarı olan sərnişinlərdən peyvənd sertifikatı, əks-göstəriş sertifikatı və ya immunitet sertifikatı tələb olunur. Sərnişinlər qatarda olarkən tibbi maskalardan istifadə etməlidirlər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR