• Bakı 11° C

    6.31 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Bu halda diplomunuz tanınmayacaq - AÇIQLAMA

CƏMİYYƏT

20 Sentyabr 2021 | 12:11

Bu halda diplomunuz tanınmayacaq - AÇIQLAMA

Məlumdur ki, pandemiya dövründən sonra hər şeydə olduğu kimi, təhsildə də insanlar onlayn formata üstünlük verir. Belə ki, bir çox insan vaxta və pula qənaət etmək üçün xarici universitetlərdə distant təhsil almaq istəyir. Ancaq Azərbaycanda bir çox xarici universitetin diplomunu tanımır.

Bəs hansı hallarda diplom qəbul edilmir?

Təhsil eksperti Kamran Əsədov Bakıvaxtı.az-a diplomun hansı hallarda tanınmadığından danışıpb:

"Son illərdə xaricdə təhsilə maraq və tələbat günü-gündən artmaqdadır. Və bu maraq özü ilə bərarbər təəssüf ki, tələbələrə xoş olmayan bir təəssürat; problem yaradır. Hansı ki, xaricdə universitetə sevinclə qəbul olub bitirdikdən sonra ölkəyə qayıtdıqda gənclər bir problemə məruz qalır: Diplomun tanınmaması! Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması dedikdə, xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilmiş, ali təhsil proqramının uğurla bitirilməsini təsdiq edən, bu və ya digər dərəcə verən hər hansı sənədin, diplomun, yaxud başqa bir şəhadətnamənin Azərbaycan ərazisində qüvvədə olmasının təsdiqi başa düşülür. Ali təhsil sahəsində ixtisasların ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) isə xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən bu ixtisasların alındığını təsdiq edən sənədlərin sahiblərinə Azərbaycan Respublikasında verilmiş ali təhsil haqqında sənədlərin sahiblərinin malik olduqları eyni akademik və peşə hüquqlarının verilməsi deməkdir. Xaricdə əldə olunmuş ali təhsil ixtisasların tanınması ölkəmizin də tərəfdaş çıxdığı Lissabon Konvensiyasının prinsipləri və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli, 64 saylı qərarı ilə təsdiq edilmiş "Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın müddəaları əsasında həyata keçirilir. Dİplomların tanınması ilə bağlı MDB dövlətləri ilə Azərbaycan Respublikası arasında müvafiq Sazişlər imzalanıb. Bu ölkələrə misal olaraq Rusiya Federasiyasını, Belarus Respublikasını və Ukraynanı göstərmək olar. Lakin sözügedən Saziş ali təhsil sənədlərinin qarşılıqlı tanınması zamanı tərəfləri hər iki ölkənin qanunvericiliyində müəyyən edilmiş ümumi tələbləri gözləməkdən azad etmir. Eyni zamanda, hazırkı Sazişlərin müddəalarının təfsiri və ya tətbiqi ilə bağlı yarana biləcək fikir ayrılıqları diplomatik kanallar və məsləhətləşmələr vasitəsilə həll edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş "Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 3.4-cü bəndinə əsasən, ekspertiza zamanı sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu, tədris planının və proqramlarının məzmunu, eləcə də öyrənilmiş fənlərin həcmi nəzərə alınaraq müəyyən olunur. Bu səbəbdən, xaricdə alınan ali təhsil ixtisasının ekvivalentinin Azərbaycan Respublikasının mövcud təhsil qanunvericiliyində nəzərdə tutulmuş ixtisasların təsnifatında olması zəruridir. Əks təqdirdə, Qaydaların 3.7-ci bəndinə uyğun olaraq, əldə olunmuş ixtisasın ölkə ərazisində tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) mümkün hesab edilmir."

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli , 64 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”-nın 3.7-ci bəndinə əsasən diplomların tanınmasına aid mənfi qərar bir neçə xüsusi hallarda verilə bilər: 1. Tələbə ali təhsil müəsisəsində tələb olunan müddətdən az vaxt keçirdikdə. Bu prosedurdan əmin olmaq üçün Təhsil Nazirliyi tələbənin xarici passportunda ölkədən giriş-çıxış möhürlərinə diqqət edir və bununla da Nazirlik bilmək istəyir ki, tələbə həqiqətən təhsil aldığı ölkədə yaşayıbmı və kifayət qədər vaxt keçirib yoxsa keçirməyibmi?! Buna görədə tələbələr çalışmalıdırlar ki, üzrlü səbəblərdən dolayı ölkədən giriş-çıxış etsinlər və diqqətli olsunlar. 2. Təhsilin məzmunu mənisəmək üçün tələb olunan minimal dil biliklərinin olmaması, yəni sizin burada hər hansı bir dil sertifikatınızın olmalıdır. Bu situasiya ilə qarşılaşmamaq üçün sizin İELTS və ya TOEFL sertifikatınızın olması sizə çox köməklik edəcəkdir. 3. Ən əsas göstəricilərdən biri isə odur ki, əgər sizin əyani və ya qiyabi təhsil aldığınız ixtisas Azərbaycanda yalnız əyani formada tədris olunursa bu halda diplom tanınmır. Buna görədə tələbə xarici təhsil üçün seçdiyi ixtisasın Azərbaycanda hansı formalarda tədris olunduğuna diqqət etməlidir. Diplomların tanınması prosesində nələrə diqqət etməli? 1. Diplomunuzun tanınma müddəti minumum 6 ay və maksimum 2 il ərzində həyata keçirilir. Bu prosedur uzun müddətli həyata keçirildiyindən dolayı tələbələr ölkəyə qayıdan kimi elektron ərizə vasitəsi ilə qeydiyyatdan keçməlidirlər. 2. Əgər siz xaricdə qiyabi təhsil almısınızsa xüsusilədə Türkiyə, Ukrayna və Rusiya ölkələrində diqqət etməlisiniz ki, hər 2 smestr yəni 1 il ərzində ölkədən giriş-çıxış müddətiniz 30 günü keçməsin. 3. Bu prosedur zamanı sizin telefonunuza mütəmadi olaraq bildirişlər gəlir. Məsələn, “Sənədlərinizin Ali təhsil müəssisəsinə göndərildi..” , “Ali təhsil müəssisəsindən sənədlərinizə cavab gəldi..” və s. bu kimi mesajlar alacaqsınız. 4. Təhsil aldığınız ali təhsil müəssisəsinin Agentliyin məktubunu cavablandırması da nostrifikasiya prosesinə aid edilir. Sizin diplomunuzun tanınması proseduruna təqdim etdiyiniz sənədlər universitetə göndərildikdə Agentlik araşdırma edib ona uyğun olaraq mübət və ya mənfi cavab verir. Buna əlavə olaraq qeyd etməliyəm ki, əgər sizin Agentliyə təqdim etdiyiniz sənədlərlə, təhsil aldığınız ali təhsil müəssisəsinin təqdim etdiyi sənədlər eyni olmazsa Agentlik sizin diplomunzu tanımayacaqdır.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR