• Bakı 12° C

    6.31 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Bu halda ya 3-4 min manat cərimə ödəyəcəksiniz, ya da… - AÇIQLAMA

CƏMİYYƏT

01 Noyabr 2021 | 22:42 | Müəllif: Subhan Mahmudov

Bu halda ya 3-4 min manat cərimə ödəyəcəksiniz, ya da… - AÇIQLAMA

“Cinayət qanunvericiliyinə görə qadını nikaha daxil olmağa məcbur etmə -iki min manatdan üç min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.”

Bakıvaxtı.az xəbər verir ki, bunları Daxili İşlər Nazirliyinin mətbuat katibi Elşad Hacıyev deyib:

“Qadını nikaha daxil olmağa məcbur etmə cinayət məsuliyyəti yaradırmı? 

Cinayət Məcəlləsinin 176-1.1-ci maddəsi qadını nikaha daxil olmağa məcbur etməni, 176-1.2-ci hissəsi isə nikah yaşına çatmayan qadını nikaha daxil olmağa məcbur etməni özündə ehtiva edir. 

Cinayət qanunvericiliyinə görə qadını nikaha daxil olmağa məcbur etmə -

iki min manatdan üç min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Digər halda - eyni əməllər nikah yaşına çatmayan şəxs barəsində törədildikdə -

üç min manatdan dörd min manatadək miqdarda cərimə və ya dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır”.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR