• Bakı 5° C

    0.42 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Suda nitratın çoxluğu xərçəng riskini artırır

CƏMİYYƏT

17 Mart 2023 | 09:50

Suda nitratın çoxluğu xərçəng riskini artırır

​​​​​​Kolon xərçənginin müalicəsində böyük irəliləyişlər olsa da, əsas prioritet risk faktorlarını mümkün qədər azaltmaqdır.

Bakıvaxtı.az-ın məlumatına görə, bu barədə tibbi onkologiya mütəxəssisi Prof. Dr. Uğur Coşqun bildirib.

Uğur Coşqun qeyd edib ki, ölkələrində bağırsaq xərçəngi hadisələrinin yüzdə 3,26-nın su ehtiyatlarında nitrat səviyyəsinin artması ilə əlaqəlidir.

Həkim bildirib ki, tədqiqatçılar apardıqları analizlərdə hər il içməli suya çox nitratın qarışması nəticəsində 100-ə yaxın bağırsaq xərçənginin inkişaf etdiyini hesablayıblar: “Kənd təsərrüfatı sahələrində istifadə olunan kimyəvi gübrələr, pestisidlər və heyvandarlıq sahələri yeraltı suların çirklənməsinə səbəb ola bilər. Xüsusilə azot gübrələri torpaqda və suda nitratın yığılmasına səbəb ola bilər.

Bədəndə artan nitrat səviyyələri insan orqanizmindəki daxili qaynaqlar və qidalardakı antioksidantlarla tarazlaşdırıla bilmədikdə, kanserogen N-nitrozo birləşmələrinə çevrilir və bu yolla xərçəng riski artır”.

Uğur Coşqun işlənmiş ət məhsullarının həddindən artıq istehlakının tərkibindəki nitrat birləşmələri səbəbiylə xərçənglə əlaqəli ola biləcəyinə dair güclü şübhələrin olduğunu bildirib:

“İstehlak olunan suda nitrat səviyyəsinin artması xərçəng üçün əlavə risk yarada bilər. Ölkəmizdə içməli suda nitratın səviyyəsi müəyyən fasilələrlə nəzarətdə saxlanılır və indiyədək nitrat artıqlığı ilə bağlı ciddi problem qeydə alınmayıb. Bununla belə, içməli su ehtiyatlarında nitrat səviyyəsinə daha yaxından nəzarət etmək, xüsusən də kimyəvi gübrələmənin artdığı günümüzdə məqsədəuyğun olardı”.

Ay Tac


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR