• Bakı 13° C

    8.33 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Bu nazirlikdə struktur dəyişikliyi oldu - FƏRMAN

SİYASƏT

28 Noyabr 2022 | 15:45

Bu nazirlikdə struktur dəyişikliyi oldu - FƏRMAN

Ədliyyə Nazirliyinin strukturunda dəyişiklik edilib.

Bakıvaxtı.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev “Ədliyyə orqanlarının inkişafı haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 17 avqust tarixli 446 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərman imzalayıb.

Dəyişikliklə “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin strukturu”nun 2-ci hissəsi aşağıdakı redaksiyada verilib:

Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Aparatı

Strateji planlaşdırma və monitorinq baş idarəsi

Qanunvericilik baş idarəsi

Ədliyyə sahəsində xidmətlər baş idarəsi

İcra baş idarəsi

Probasiya xidməti (baş idarə səlahiyyətli)

Bələdiyyələrlə iş mərkəzi (baş idarə səlahiyyətli)

İnsan resursları baş idarəsi

Beynəlxalq əməkdaşlıq idarəsi

İnsan hüquqları və kommunikasiya idarəsi

İstintaq idarəsi

Cəzaların icrasına nəzarət üzrə müfəttişlik (idarə səlahiyyətli)

İnformasiya texnologiyaları və innovasiyalar idarəsi

Katiblik (idarə səlahiyyətli)

Maliyyə və təminat idarəsi.

Dəyişiklikdən əvvəl “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin strukturu”nun 2-ci hissəsi aşağıdakı kimi idi:

Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin aparatı

Təşkilat-nəzarət baş idarəsi

Qanunvericilik baş idarəsi

Qeydiyyat və notariat baş idarəsi

İcra baş idarəsi

Bələdiyyələrlə iş mərkəzi (baş idarə səlahiyyətli)

Probasiya xidməti (baş idarə səlahiyyətli)

Beynəlxalq əməkdaşlıq idarəsi

İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsi

İstintaq idarəsi

Kadrlar idarəsi

Cəzaların icrasına nəzarət üzrə müfəttişlik (idarə səlahiyyətli)

Katiblik (idarə səlahiyyətli)

Maliyyə və təminat idarəsi

İnformasiya-kommunikasiya texnologiyaları idarəsi


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026