• Bakı 15° C

    4.61 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Bu ölkə "9 May"dan imtina etdi

DÜNYA

21 Aprel 2023 | 09:23

Bu ölkə "9 May"dan imtina etdi

Aprelin 20-də Latviya Seymi təcili olaraq iki oxunuşda “Mayın 9-da bəzi kütləvi tədbirlərin qadağan edilməsi haqqında” qanunu qəbul edib.

Bakıvaxtı.az xəbər verir ki, artıq ölkədə mayın 9-da Avropa Günü ilə bağlı olanlar istisna, hər hansı ictimai tədbirlər qadağandır.

Əvvəllər Seymin bu il mayın 9-nun Ukrayna müharibəsində həlak olan və yaralananların anım günü elan edilməsinə dair qərar qəbul edəcəyi güman edilirdi. Bununla belə, məsələ ilə bağlı İnsan Hüquqları və İctimaiyyətlə Əlaqələr Komissiyası alternativ layihə hazırlayıb və məhz həmin sənəd qəbul edilib.

Qərarın Ukrayna xalqı ilə həmrəylik əlaməti olaraq qəbul olunduğu bildirilib.
 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026