• Bakı 13° C

    7.14 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Bu ölkədə 100-ə yaxın fil öldürüləcək - Ərzaq qıtlığına görə 

DÜNYA

01 Sentyabr 2024 | 19:46 | Müəllif: Gülşən Şərif

Bu ölkədə 100-ə yaxın fil öldürüləcək - Ərzaq qıtlığına görə

Namibiyanın Ətraf Mühit Nazirliyi ət tükənməsi səbəbindən 83-ü fil daxil olmaqla 723 vəhşi heyvanı öldürməyi planlaşdırır.

Bakıvaxtı.az xəbər verir ki, heyvanların vurulması milli parklarda və səlahiyyətlilərin fikrincə, heyvanların sayı otlaq və su ehtiyatlarının həcmindən çox olan ərazilərdə aparılacaq.

Heyvanların ətləri Afrikanın cənubunda şiddətli quraqlıqdan əziyyət çəkən insanlara paylanılacaq. 

Cənubi Afrika son onilliklərin ən pis quraqlığı ilə üzləşir və BMT-nin məlumatına görə, Namibiya keçən ay ərzaq ehtiyatlarının 84%-ni tükəndirib.

Mütəxəssislərin hesablamalarına görə, Afrikanın beş cənub ölkəsini - Zimbabve, Zambiya, Botsvana, Anqola və Namibiyanı əhatə edən qorunan ərazidə 200 mindən çox fil yaşayır.(unikal)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR