• Bakı 17° C

    1.96 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Bu ölkədə "omikron"un yeni növü AŞKAR EDİLDİ

DÜNYA

22 Yanvar 2022 | 09:39 | Müəllif: Subhan Mahmudov

Bu ölkədə "omikron"un yeni növü AŞKAR EDİLDİ

Böyük Britaniyanın tibb orqanları ölkədə ilkin təhlillərə görə daha da sürətlə yayılan koronavirusunun "omikron" ştammının BA.2 yeni alt növünü aşkar ediblər.

Bakıvaxtı.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə krallığın Səhiyyə Təhlükəsizliyi Agentliyi (UKHSA) məlumat yayıb.

Bildirlib ki, indiyədək ölkədə yeni ştamla 426 yoluxma halı qeydə alınıb ki, onlardan 146-sı Londonda, daha 97-si isə Cənub-Şərqi İngiltərə bölgəsindədir.

Qeyd olunub ki, BA.2 subvariantına yoluxma dünyanın 40 ölkəsində müşahidə edilib. Hazırda ona yoluxanların ümumi sayı 8 mini ötüb.

Eyni zamanda, məlumdur ki, BA.2-yə ilk yoluxma halları Filippində qeydə alınıb. Onların böyük əksəriyyəti - 6,4 min nəfər olmaqla Danimarkada aşkarlanıb. Həmçinin Hindistan (530), İsveç (181) və Sinqapurda (127) da BA.2 daşıyıcıları müəyyən edilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Sentyabr 2026