• Bakı 10° C

    2.61 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Bu ölkələr Ramazan bayramını sabah qeyd edəcək

DÜNYA

21 Aprel 2023 | 21:16 | Müəllif: Subhan Mahmudov

Bu ölkələr Ramazan bayramını sabah qeyd edəcək

Ramazan bayramının nə vaxt qeyd edilməsi ilə bağlı fikir ayrılığı yaranıb.

Bakıvaxtı.az xəbər verir ki, Şəvval ayının hilalını görə bilməyən bəzi ölkələr 21 apreli Ramazan ayının son günü olduğunu bildirib.

Avstraliya, Sinqapur, İndoneziya, Malayziya, Bruney, Tailand, Yaponiya və Filippin aprelin 22-ni Fitr bayramının ilk günü elan ediblər.

Türkiyə, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Qətər, Fələstin, İraqda cümə günü bayramın ilk günü hesab edilir.

İran, Oman, Mərakeş və Liviya rəsmiləri hilal görünmədiyi üçün 21 aprel cümə gününün Ramazan ayının son günü olduğunu açıqlayıblar.

Azərbaycan da Ramazan bayramını 21 apreldə qeyd edən ölkələr sırasındadır./yenipress


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026