• Bakı 13° C

    6.85 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Rusiyada zəlzələ baş verib

DÜNYA

21 May 2023 | 18:15 | Müəllif: Subhan Mahmudov

Rusiyada zəlzələ baş verib

Kuril adalarında 5,0 bal gücündə zəlzələ baş verib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin ada bölməsi məlumat yayıb.

Xidmətin məlumatına görə, zəlzələnin episentri Şikotan adasından 39 kilometr aralıda dənizdə yerləşib.

“Təkanların ocağı 41 kilometr dərinlikdə olub”, - Yujno-Saxalinsk seysmik stansiyasının rəhbəri Yelena Semyonova bildirib.

Onun sözlərinə görə, yeraltı təkanları Şikotan və Kunaşir adalarının sakinləri hiss ediblər.

Dağıntı və tələfat barədə hələlik məlumat yoxdur.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR