• Bakı 13° C

    7.63 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Bu ölkənin Baş naziri koronaviruda yoluxdu

DÜNYA

22 Avqust 2022 | 09:43 | Müəllif: Qalib İbrahimoğlu

Bu ölkənin Baş naziri koronaviruda yoluxdu

Yaponiyanın Baş naziri Fumio Kişida COVID-19 virusuna yoluxub.

Bakıvaxtı.az xəbər verir ki, bu səbəbdən də o, avqustun 27-28-də Tunisdə keçiriləcək Afrikanın İnkişafı Üzrə Tokio Beynəlxalq Konfransında (TICAD) iştirak edə bilməyəcək.

Yaponiya Nazirlər Kabinetinin baş katibi Hirokazu Matsuno deyib ki, Baş nazirin TICAD-ın konfransına onlayn rejimdə qatılması imkanları araşdırılır.

H.Matsuno hazırda Baş nazirin özünü yaxşı hiss etdiyini də deyib: “Dünən axşam onun azacıq hərarəti var idi və öskürürdü. Bu gün səhər temperaturu normal həddə düşüb, lakin öskürəyi davam edir”.

F.Kişida işləri məsafədən idarə edir. O, gəkimlərin tövsiyəsinə uyğun olaraq, avqustun 31-dək özünütəcrid vəziyyətində qalacaq.

Qeyd edək ki, Yaponiya hökumətinin başçısının avqustun 21-də koronavirus üçün verdiyi testin cavabı müsbət olub (azərtac). Bundan sonra onun temperaturu qalxıb və öskürək müşahidə edilib.

Xəbər verdiyimiz ki, Baş nazir avqustun 12-də koronavirusa qarşı dördüncü peyvəndi qəbul edib.

Ötən həftənin sonlarında ailəsi ilə birlikdə məzuniyyətdə olan F.Kişida avqustun 19-da Tokioya qayıdıb və həmin gündən öz iqamətgahındadır.


Bu ölkənin Baş naziri koronaviruda yoluxdu
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR