• Bakı 13° C

    4.34 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Bu qanun qüvvəyə minir - Bu gündən...

DÜNYA

01 Oktyabr 2022 | 15:21

Bu qanun qüvvəyə minir - Bu gündən...

Bu gündən ABŞ-ın Ukrayna üçün tətbiq etdiyi lend-liz qanunu qüvvəyə minib.

Bakıvaxtı.az  UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Ali Radasının sədri Ruslan Stefançuk bildirib.

Məlumata görə, bununla da ABŞ Ukraynanı tank, zirehli texnika, artilleriya və hava hücumundan müdafiə sistemləri, eləcə də hərbi gəmi əleyhinə raketlər, döyüş təyyarələri və başqa hərbi texniki silah-sursatla təmin edə bilər.

Qeyd edək ki, ABŞ Prezidenti Cozef Bayden bu il mayın 10-da Ukraynaya lend-liz əsasında silah tədarükü haqqında qanunu imzalayıb. Qanun layihəsini daha əvvəl Konqresin Aşağı (Nümayəndələr) və Yuxarı (Senat) palataları təsdiqləyib. Sənəd Cozef Baydenin Ukraynaya müdafiə aktivlərini icarəyə vermək və ya ötürmək, eləcə də başqa məqsədlər üçün səlahiyyətlərini genişləndirir. Həmçinin aktın qəbulundan sonra ABŞ Prezidenti 60 gün ərzində məhsulların tədarükü üçün sürətləndirilmiş prosedurlar yaratmalıdır. Sənəd ABŞ-dan Ukraynaya silah, nəqliyyat, ərzaq və yardımın çatdırılmasının əhəmiyyətli dərəcədə sürətləndirilməsini nəzərdə tutur.

Qeyd edək ki, lend-liz ABŞ-ın İkinci Dünya müharibəsi zamanı müttəfiqlərə hərbi texnika və avadanlıqları icarəyə verdiyi və ya uzunmüddətli kreditlə təhvil verdiyi bir proqramdır. Lend-liz haqqında qanun 1941-ci ilin martından 1945-ci ilin avqustuna qədər qüvvədə olub. Ümumi məbləği 50 milyard dollardan çox olan materiallar ABŞ-ın müttəfiqlərinə köçürülüb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026