• Bakı 17° C

    0.95 m/s

  • USD - 1.7

    EUR - 1.9129

    RUB - 2.0186

Paşinyan üçtərəfli görüşdə iştirak etmək üçün Soçiyə getdi

DÜNYA

31 Oktyabr 2022 | 11:26

Paşinyan üçtərəfli görüşdə iştirak etmək üçün Soçiyə getdi

Ermənistanın Baş naziri Nikol Paşinyanın rəhbərlik etdiyi nümayəndə heyəti Rusiyanın Soçi şəhərində səfərdədir.

Bakıvaxtı.az xəbər verir ki, hökumət başçısını müavini Mqer Qriqoryan, Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan, xarici işlər naziri Ararat Mirzoyan və digər vəzifəli şəxslər müşaiyət edir.

Məlumata görə, Ermənistanın Rusiyadakı səfiri Vaqarşak Arutyunyan da nümayəndə heyətinə qoşulacaq.

Qeyd edək ki, bu gün, oktyabrın 31-də Soçi şəhərində Azərbaycan Prezidenti İlham Əliyev, Rusiyanın dövlət başçısı Vladimir Putin və Ermənistanın Baş nazir Nikol Paşinyan arasında üçtərəfli görüş keçiriləcək. /Report


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR