Pakistanda polisə bombalı hücum olub.
Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir ki, hadisə Ketta şəhərində qeydə alınıb. Belə ki, ölkənin cənub-qərbindəki Bəlucistan əyalətində polis maşınına intiharçı hücumu həyata keçirilib.
İlkin məlumata görə, hadisə nəticəsində 3 nəfər həyatını itirib, 28 nəfər yaralanıb.
Aytac Aslan