• Bakı 21° C

    1.8 m/s

  • USD - 1.7

    EUR - 1.8082

    RUB - 0.0181

Rus səfirliyinin qaz və işığı kəsilə bilər

DÜNYA

30 Noyabr 2022 | 10:22

Rus səfirliyinin qaz və işığı kəsilə bilər

Çexiyada Rusiyanın ölkədəki səfirliyinin qazının, elektrik enerjisinin və suyunun kəsilməsinə çağırış edən petisiya başladılıb. 

Bakıvaxtı.az  “Unian”a istinadən xəbər verir ki, sözügedən petisiya “petice.com” saytında yerləşdirilib. 

Layihə rəhbərləri qeyd edib ki, onlar bununla Rusiya səfirliyinin əməkdaşlarının Kiyevdə qaranlıqda qalan sakinlərin nə hiss etdiklərini anlamasını istəyirlər. 

Bildirilir ki, Rusiya ordusu artıq bir neçə həftədir Ukrayna şəhərlərini və kəndlərini raket atəşinə tutur. Atəş nəticəsində evlər, məktəblər, uşaq bağçaları, mağaza və fabriklərlə yanaşı, xəstəxanalar da işıqsız qalıb. 

“Rusiyaya məxsus bütün əmlakın qazının, işığının və suyunun kəsilməsini tələb edirik”, - deyə petisiyada qeyd olunub.


SON XƏBƏRLƏR