Pakistanın keçmiş Baş naziri İmran Xanın avtomobili ölümlə nəticələnən qəza törədib.
Bakıvaxtı.az-ın xarici mətbuata istinadən məlumatına görə, hadisə Sadhok şəhərində baş verib.
Qeyd olunub ki, Sədəf Naim adlı jurnalist İmran Xanın tərəfdarlarının yürüşünü işıqlandırarkən kütlə onu itələyib. Nəticədə jurnalist keşmiş Baş nazirin içərisində olduğu nəqliyyat vasitəsinin altına yıxılaraq həlak olub.
Yürüş dayandırılıb.
İmran Xan qadın jurnalistin ölümü ilə bağlı başsağlığı verib.
İsmayıl Alısoy










jpg-1669787587.webp)





