• Bakı 13° C

    5.4 m/s

  • USD - 1.7

    EUR - 1.8832

    RUB - 2.0549

Bu rayonlara gedənlərin NƏZƏRİNƏ: Yollarda ehtiyatlı ...

CƏMİYYƏT

18 Mart 2022 | 07:36 | Müəllif: Qalib İbrahimoğlu

Bu rayonlara gedənlərin NƏZƏRİNƏ: Yollarda ehtiyatlı ...

Respublikanın bir sıra rayonlarında qarın yağması ilə əlaqədar DYP tərəfindən hərəkətin təhlükəsizliyinin təmin edilməsi və yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədilə zəruri tədbirlər həyata keçirilib.

Bakıvaxtı.az-ın məlumatına görə, Baş Dövlət Yol Polis İdarəsindən (BDYPİ) bildirilib ki, DİN BDYPİ-yə bilavasitə tabe olan Yol-Patrul Xidməti Alayının əməkdaşları tərəfindən yol təsərrüfatı işçiləri ilə birgə Muğanlı-İsmayıllı yolunun Basqal qəsəbəsi ərazisində, eləcə də Bakı-Şamaxı-Yevlax yolunun “Muğanlı dairəsi” adlanan hissəsində qarın yaratdığı fəsadların aradan qaldırılması, nəqliyyat vasitələrinin normal hərəkətinin təmin olunması üçün tədbirlər görülüb, sürüşmə səbəbindən yolda qalan sürücülərə köməklik göstərilib.

Bununla yanaşı, digər avtomobil yollarında da sürücülərlə profilaktik söhbətlər aparılıb, yollarda olan vəziyyət barədə onlara məlumat verilib.

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi  bir daha sürücülərə müraciət edərək hava şəraitini düzgün qiymətləndirməyi, qar yağan bölgələrə səfərlər zamanı zəruri ehtiyat tədbirləri görməyi xahiş edir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR