• Bakı 15° C

    1.05 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Bu rayonlara yeni prokurorlar təyin edildi

CƏMİYYƏT

20 Aprel 2022 | 15:38

Bu rayonlara yeni prokurorlar təyin edildi

Xocalı, Daşkəsən və Tovuz rayonlarına yeni prokurorlar təyin edilib.

Baş Prokurorluğun mətbuat xidmətindən Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq bildirilib ki, bununla bağlı Baş Prokuror Kamran Əliyev əmrlər imzalayıb.

Əmrlərə əsasən, Xocalı rayon Prokuror Şahin İmanov tutduğu vəzifədən azad olunaraq Daşkəsənə prokuror təyin edilib.

Daşkəsən rayon prokuroru Maarif Hüseynov isə tutduğu vəzidən azad olunaraq Tovuz rayon prokuroru təyin edilib.

Baş Prokurorun digər əmri ilə Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsinin mühüm işlər üzrə böyük müstəntiqi Əvəz Əliyev Xocalı rayon prokuroru təyin olunub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026