• Bakı 13° C

    8.33 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Bu sahədə çalışanların maaşında artım

İQTİSADİYYAT

13 Aprel 2022 | 23:00 | Müəllif: Subhan Mahmudov

Bu sahədə çalışanların maaşında artım

Azərbaycanda yüksək əmək haqqı verilən sahələr məlum olub.

Bakıvaxtı.az xəbər verir ki, 2022-ci ilin yanvar-fevral aylarında iqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əmək haqqı daha yüksək olub.

Qeyd olunan müddət ərzində ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 11,0 faiz artaraq 768,3 manata qalxıb.

2022-ci il martın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 3,6 min nəfər və ya 0,2 faiz artaraq 1 milyon 682,1 min nəfər olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026