• Bakı 11° C

    5.19 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Bu şəhər Türk dünyasının mədəniyyət paytaxtı statusunu aldı

MƏDƏNİYYƏT

18 Noyabr 2024 | 18:52 | Müəllif: Subhan Mahmudov

Bu şəhər Türk dünyasının mədəniyyət paytaxtı statusunu aldı

Beynəlxalq Türk Mədəniyyəti Təşkilatına - TÜRKSOY-a üzv dövlətlərin Aşqabadda keçirilən 41-ci toplantısında Aktau 2025-ci ildə Türk dünyasının mədəniyyət paytaxtı elan edilib.

Bakıvaxtı.az xəbər verir ki, tədbirdə TÜRKSOY-un Baş katibi Sultan Raev, Qazaxıstan, Türkmənistan, Özbəkistan, Qırğızıstan, Türkiyədən mədəniyyət sahəsinin nümayəndələri, eləcə də beynəlxalq təşkilatların rəhbərləri iştirak ediblər.

Görüşdə əsas diqqət türk mədəniyyətinin inkişafına və türk dövlətləri arasında qardaşlıq münasibətlərinin möhkəmləndirilməsinə yönəldilib. İştirakçılar türkdilli xalqların mədəni irsinin qorunub saxlanılması və populyarlaşdırılması istiqamətində birgə səylərin gücləndirilməsini müzakirə edərək qərarlar qəbul ediblər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026