• Bakı 23° C

    5.98 m/s

  • USD - 1.7

    EUR - 1.8843

    RUB - 0.0191

Bu şəxslər Talıbovların yerinə deputat seçilib - FOTO

SİYASƏT

03 Sentyabr 2024 | 15:09

Bu şəxslər Talıbovların yerinə deputat seçilib - FOTO

Xəbər verdiyimiz kimi, Naxçıvan Muxtar Respublikasının Mərkəzi Seçki Komissiyası Ali Məclisə keçirilən seçkilərin ilkin nəticələrini ictimaiyyətə təqdim edib. 45 seçki dairəsi üzrə lider namizədlərin adları açıqlanıb.

Bakıvaxtı.az-ın “Unikal”a istinadən məlumatına görə, Naxçıvan Ali Məclisinin sabiq sədri Vasif Talıbovun yerinə Naxçıvan Müəllimlər İnstitutunun rektoru Azad Novruzov deputat seçilib.

Belə ki, Vasif Talıbovun deputat seçildiyi 7 saylı Aralıq seçki dairəsi indi 7 saylı Xanlıqlar seçki dairəsidir. Bu dairədə 63,09 faiz səslə Azad Novruzov lider namizəddir.

V.Talıbovun oğlu Seymur Talıbovun deputat olduğu 25 saylı Naxçıvan şəhər seçki dairəsindən isə budəfəki seçkilərdə Xumar Məmmədova deputat mandatı qazanıb. O, 55,40 faiz səslə qeyd edilən dairədə birincidir.

X.Məmmədova Naxçıvan Dövlət Universitetinin “Jurnalistika və xarici ölkələr ədəbiyyatı” kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktorudur.


SON XƏBƏRLƏR

14 Sentyabr 2024