• Bakı 26° C

    2.87 m/s

  • USD - 1.7

    EUR - 1.9613

    RUB - 2.0106

Bu xidmətlərin məbləği təsdiqləndi

CƏMİYYƏT

23 Iyun 2021 | 18:47

Bu xidmətlərin məbləği təsdiqləndi

Baytarlıq xidməti və nəzarəti tədbirlərinə görə alınan xidmət haqqının məbləği təsdiq edilib.

Bakıvaxtı.az xəbər verir ki, bununla bağlı müvafiq sənədi Baş nazir Əli Əsədov imzalayıb.

Sənədə əsasən, baytarlıq xidmətlərinə, o cümlədən, dövlət sifarişi ilə heyvanların planlı profilaktik və məcburi peyvənd edilməsi ilə bağlı həyata keçirilən xidmətlərə, habelə baytarlıq nəzarəti tədbirlərinə görə alınan xidmət haqlarının məbləği müəyyən edilir.

Qərarın qüvvəyə minməsi ilə göstərilən baytarlıq xidmətlərinin əhatə dairəsinin genişləndirilməsinə, bu sahədə xidmətlərin keyfiyyətinin yüksəldilməsinə, yeni texnologiyaların və innovasiyaların tətbiqinə, heyvan sağlamlığının daha effektiv və dayanıqlı qorunmasına, həmçinin, baytarlıq sferasında çalışan əməkdaşların rifahının gücləndirilməsinə şərait yaradacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

15 Sentyabr 2026