• Bakı 19° C

    1.5 m/s

  • USD - 1.7

    EUR - 1.9093

    RUB - 1.9998

Budapeşt-Bakı reysi üzrə uçuşlar bərpa olunur

CƏMİYYƏT

28 Sentyabr 2021 | 13:10

Budapeşt-Bakı reysi üzrə uçuşlar bərpa olunur

Bu ilin oktyabr ayının əvvəlindən etibarən Macarıstanın "WizzAir" aviaşirkəti Budapeşt-Bakı-Budapeşt aviareysi üzrə uçuşları bərpa edəcək.

Bakıvaxtı.az "WizzAir"ə istinadən verdiyi məlumata görə, ilk aviareys 3 oktyabr tarixində baş tutacaq. Belə ki, təyyarə Budapeştdən Bakıya oktyabrın 3-də, əks istiqamətdə isə oktyabrın 4-də yola düşəcək.

Məlumata görə, oktyabr ayı üzrə reyslər həftədə bir dəfə (Budapeştdən bazar günü, Bakıdan isə bazar ertəsi günü yola düşür), noyabr ayından etibarən isə həftədə iki dəfə (cümə axşamı və bazar günləri) həyata keçiriləcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Oktyabr 2026