• Bakı 21° C

    2.95 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

Şuşada poliqonun yaradılması üçün yer axtarılır - RƏSMİ AÇIQLAMA

CƏMİYYƏT

28 Oktyabr 2021 | 12:08 | Müəllif: Subhan Mahmudov

Şuşada poliqonun yaradılması üçün yer axtarılır - RƏSMİ AÇIQLAMA

“Hazırda Şuşada tullantıların yığılması işi davam etdirilir və müvəqqəti müvafiq yer Daşaltı kəndinin yaxınlığında yerləşir. Orada poliqonun tikilməsi üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə əraziyə baxmalıyıq”.

Bakıvaxtı.az xəbər verir ki, bunu Oxu.Az-a açıqlamasında “Təmiz Şəhər” ASC-nin İdarə Heyətinin sədri Etibar Abbasov deyib. 

O bildirib ki, sözügedən şəhərdə poliqonun yaradılması üçün torpaq sahəsi ayrılmalıdır:

“Şuşa ətrafı meşəlikdir ərazidir. Poliqonun salınması üçün lazım olan düzənlik sahəni axtarıb tapmaq lazımdır. Nazirlik tərəfindən müəyyən yer ayrılarsa, işimizi qurarıq. Alternativ olaraq, müvafiq yerin tapılması üçün əraziyə özümüz də baxırıq”.

“Şuşada hər hansı emal müəssisənin yaradılmasını da nəzərdən keçirə bilərik. Bu variantlar üzərində də işləyirik ki, gələcəkdə orada poliqon yox, emal müəssisəsi yaradaq. Tullantıları həmin müəssisədə emal edək”, - deyə sədr qeyd edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Sentyabr 2026