• Bakı 9° C

    2.06 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Bərdə terrorundan 1 il ötür: Ermənistan niyə hələ də cəzasını almır?

CƏMİYYƏT

28 Oktyabr 2021 | 12:13

Bərdə terrorundan 1 il ötür: Ermənistan niyə hələ də cəzasını almır?

Bu gün Vətən müharibəsinin gedişində törədilmiş Bərdə terrorundan 1 il ötür.

2020-ci il oktyabrın 28-də saat 13 radələrində Ermənistan silahlı qüvvələri cəbhə xəttindən uzaqda yerləşən Bərdə şəhərinə beynəlxalq hüquqla qadağan olunmuş kasetli bombalardan istifadə etməklə zərbələr endirib.

Dinc sakinlərin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin yerləşdiyi əraziyə zərbələr endirilməsi nəticədə 21 nəfər həlak olub, 70-ə yaxın şəxs yaralanıb, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

Vətən müharibəsinin gedişində - 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək 5, 8, 27, 28 oktyabr və 7 noyabrda Bərdə rayonunun müxtəlif silahlardan, raket və qadağan olunmuş kasetli bombalardan atəşə tutulması nəticəsində ümumilikdə 29 rayon sakini həlak olub, 112 nəfər yaralanıb. Həlak olanlardan 2-si uşaq, 8-i qadın, 19-u kişidir. 

Bəs, niyə hələ də Ermənistan tərəfi beynəlxalq hüquq müstəvisində cavabını almır?

Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü, deputat Fazil Mustafa Bakıvaxtı.az-a bildirib ki, bu, bir ilə həll ediləsi məsələ deyil:

“Biz bu məsələni dəfələrlə qaldırmalı, gündəmə gətirməli, diqqət mərkəzinə çatdırmalıyıq. Ermənistan buna görə məsuliyyət daşıyır və cavab verəcək. Mülki şəxsləri bu cür bombalamaq vəhşiliyin bir növüdür. Ona görə də bu məsələni biz sənədlərlə beynəlxalq hüquq sistemində gündəmdə saxlamlıyıq. Vətəndaşlarımıza dəyən ziyan, çəkdikləri əzab-əziyyət öz izini saxlayır. Bu məsələdə hər hansı bir şəkildə güzəşt ola bilməz. Ermənistan buna görə cavab verməlidir!”

Nuranə Daxilqızı

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR