Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinə qəbul olmaq üçün II ixtisas qrupu (o cümlədən III ixtisas qrupu üzrə coğrafiya fənni) üzrə iyulun 7-də keçirilən imtahanda istifadə olunan test tapşırıqlarının düzgün cavablarını açıqlayıb.
Bu barədə Bakıvaxtı.az-a DİM-dən bildirilib.
Verilən məlumata görə, imtahan nəticələri yaxın iki həftə ərzində elan olunacaq.
















