“Bulvar ərazisində - Xalça Muzeyinin qarşısında iri bir ağac kəsilib”.
Bu barədə Bakıvaxtı.az-a paytaxt sakini Həsrət Əlizadə deyib.
Onun sözlərinə görə, səhər saatlarında ərazidəki ağac kəsilib: “Kəsilən ağacın qalıqları yola töküldüyündən, əhalinin gediş-gəlişində, eyni zamanda ərazidəki yeraltı piyada keçidinə giriş-çıxışda problem yaradıb”.
Məsələ ilə bağlı, Dənizkənarı Bulvar İdarəsinin mətbuat rəhbəri Əfsanə Mehdiyeva Bakıvaxtı.az-a deyib ki, sözügedən ağac insanların həyati təhlükəsinin qarşısını almaq məqsədilə kəsilib.
"O ağac yaşlı tut ağacı olub. Özü aşmayıb, gövdədən əyildiyi üçün yarana biləcək təhlükənin qarşısını almaq məqsədilə, idarənin müvafiq əməkdaşları tərəfindən kəsilib",-deyə Əfsanə Mehdiyeva əlavə edib.
Xəyalə Rza





jpg-1698915137.webp)



jpg-1698914202.webp)
jpg-1698914024.webp)






