• Bakı 15° C

    6.78 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Nazir qızılca ilə bağlı vəziyyətdən DANIŞDI

CƏMİYYƏT

02 Noyabr 2023 | 12:10

Nazir qızılca ilə bağlı vəziyyətdən DANIŞDI

Ölkədə qızılca xəstəliyi ilə bağlı vəziyyət tam nəzarətdədir.

Bakıvaxtı.az  xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Şəkidə gimnaziyada şagirdlərin qızılcaya yoluxmasından sonra vəziyyət ciddi şəkildə araşdırılıb və müayinələr götürülüb:

"Saylar çox deyil. Sadəcə profilaktik tədbir məqsədilə təmasda olan şəxslər izolyasiya olunub. Ümumiyyətlə, yoluxucu xəstəliklərə gəldikdə Nazirlər Kabinetinin 2023-2027-ci illər üzrə uşaqlar arasında yoluxucu xəstəliklərin immunoprofilaktikasına dair Tədbirlər Proqramı təsdiqlənib. Tədbirlər Planına əsasən, uşaqlar arasında 11 yoluxucu xəstəliyin profilaktik immunizasiyası aparılacaq. Bu proses mütəmadi olaraq ölkəmizdə aparılıb və ildən-ilə daha müasir, daha effektiv vaksinlər gətirilir. Bu 11 xəstəlik - Hepatit B, vərəm, tetanus, poliomielit, difteriya, göy öskürək, B tipli hemofil infeksiya, məxmərək, qızılca, pnömokok və epidemik paratitidir".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026