• Bakı 11° C

    5.19 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Keçmiş məhkum indi də silah satmaq istəyib - FOTO

CƏMİYYƏT

02 Dekabr 2023 | 10:01

Keçmiş məhkum indi də silah satmaq istəyib - FOTO

Yasamal rayonunda “Kalaşnikov” avtomatı və 30 ədəd patron satmaq istəyən şəxs saxlanılıb.

Daxili İşlər Naziriliyindən Bakıvaxtı.az-a verilən məlumata görə, Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən növbəti tədbir nəticəsində əvvəllər məhkum olunmuş 1967-ci il təvəllüdlü Yevlax rayon sakini Şakir Şadmanov Yasamal rayonu ərazisində saxlanılıb.

Onun üzərinə baxış zamanı 1 ədəd “Kalaşnikov” markalı avtomat, 30 ədəd patron və daraq aşkar edilərək götürülüb. Araşdırma zamanı izahati alınan Ş.Şadmanov avtomatı bir müddət əvvəl əldə etdiyini və satmaq məqsədi ilə özündə saxladığını bildirib.

Faktla bağlı 29-cu PŞ-də toplanan materiallar araşdırmaların davam etdirilməsi üçün Yasamal RPİ-nin İstintaq Şöbəsinə göndərilib. 


Keçmiş məhkum indi də silah satmaq istəyib - FOTO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026