Bu gün Dənizkənarı Milli Parkda intihara cəhd olub.
Bu barədə Bakıvaxtı.az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib. Qeyd olunub ki, FHN-nin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonunda yerləşən Dənizkənarı Milli Park ərazisində 1 nəfərin intihar məqsədilə özünü dənizə atması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin “Bakı-bulvarı” dalğıc-axtarış qrupunun qüvvələri cəlb edilib.
Həyata keçirilən operativ xilasetmə əməliyyatı nəticəsində intihar məqsədilə özünü dənizə atmış Fərzəlizadə Aytən Vasif qızı dalğıc-axtarış qrupunun dalğıcları tərəfindən xilas edilərək, ilkin yardım göstərildikdən sonra aidiyyəti üzrə təhvil verilib.
***
17:17
Bu gün Dənizkənarı Milli Parkda intihara cəhd olub.
Bakıvaxtı.az xəbər verir ki, 1 nəfər özünü dənizə ataraq intihar etmək istəyib. Ətrafdakı şəxslərdən biri qızı dənizdən çıxarıb. Amma çox çəkməyib, o, yenidən özünü dənizə atıb.
Bu dəfə FHN-nin Dövlət Sularda Xilasetmə Xidmətinin xilasediciləri vətəndaşı xilas edib.
















