• Bakı 10° C

    2.93 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

"Bunu uşağın beyninə salan elə valideynlərdir" - Psixoloqdan SƏRT AÇIQLAMA

CƏMİYYƏT

21 Avqust 2023 | 10:42 | Müəllif: Qalib İbrahimoğlu

"Bunu uşağın beyninə salan elə valideynlərdir" - Psixoloqdan SƏRT AÇIQLAMA

Son illər diqqət çəkən məsələlərdən biri də əksəriyyətin saçdan tutmuş dırnağa qədər dəyişmə istəyidir. Belə ki, estetik əməliyyat etdirənlərin sayı gündən günə artır. Ən maraqlısı isə odur ki, artıq bu xəstəlik uşaqlara da siraət edib.  Belə ki, tez-tez sosial şəbəkələrdə saç rəngini, burnunu, qaş formasını və s. bu kimi fiziki görünüşünü dəyişmək istəyən, özündən narazı uşaqlar görürük.

Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan psixoloq, psixoterapevt Elmir Əkbərin sözlərinə görə, təəssüf ki, valideynlər özlərində olan bu problemi artıq uşaqlara da siraət etdirirlər. Psixoloq qeyd edib ki, bu problem uşaqların özlərindən qaynaqlanmır: “Bütün bunları edən, uşağın beyninə salan valideynlərdir. Belə valideynlərdə isə natamamlıq kompleksi var. Böyükləri özlərini dəyişməyə natamamlıq kompleksi vadar edir”.

Ekspert bildirib ki, onlar psixoloji baxımdan özlərini sevmirlər: “Bu da uşaq vaxtı valideynləri tərəfindən aldıqları travmaların nəticəsidir. Elə zənn edirlər ki, zahiri dəyişməklə özlərinə olan psixoloji münasibəti dəyişə biləcəklər”.

Elmir Əkbər: Həmin məqamda valideynlər uşağın manafeyini deyil, öz istəklərini düşünürlər

Müsahibimizin sözlərinə görə, bəzi hallarda valideyn uşağını qeyri-adi formaya salmaq istəyir ki, fərqli görünsünlər. Bu da psixoloji məqamdır.

“Qeyri-adi görünmək istəyi bəzilərində qeyri-sağlam hal alır. İnsanlar özlərini və uşaqlarını bu hala salırlar ki, fərqlənsinlər. Təəssüf ki, həmin məqamda valideynlər uşağın manafeyini deyil, öz istəklərini düşünürlər. Övlad da bu yolda əllərində alətə çevrilir”, - deyə Elmir Əkbər vurğulayıb.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026