• Bakı 6° C

    0.42 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Buster dozanı xaricdə vurduran azərbaycanlılar onu necə təsdiqlədə bilər?

CƏMİYYƏT

28 Iyul 2022 | 16:47 | Müəllif: Qalib İbrahimoğlu

Buster dozanı xaricdə vurduran azərbaycanlılar onu necə təsdiqlədə bilər?

Məlumdur ki, hələ də bir çox yerlərə giriş üçün buster doza vaksin pasportu tələb olunur. Lakin bəzi şəxslər 2-ci doza vaksinin üzərindən 6 ay keçməsinə baxmayaraq hələ də buster doza vurdurmayıblar.

Həmin şəxslər buster doza vaksin vurdura bilərmi?

"Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) İctimaiyyətlə əlaqələr və tədbirlər şöbəsinin müdiri Zamirə Adilova Bakıvaxtı.az-a bildirib ki, əgər 1-ci və 2-ci doza vaksinin üzərindən 6 aydan çox vaxt keçməyibsə, buster doza vurdurmaq olar.

Z.Adilova xaricdə oxuyan azərbaycanlı tələbələrin buster dozanı təhsil aldıqları ölkədə vurdurduqları üçün Azərbaycanda sistemə düşə bilməməklərinə də aydınlıq gətirib. Bildirib ki, xaricdə təhsil alan azərbaycanlı tələbələr buster və ya digər doza vaksinləri Səhiyyə Nazirliyində təsdiq etdirə bilərlər. Bunun üçün şəxs randevu.its.gov.az saytındakı müvafiq bölmədə qeydiyyatdan keçib görüş alandan sonra Səhiyyə Nazirliyinə yaxınlaşaraq həmin doza vaksin sertifikatını təsdiqlədə bilər.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR